2026-cı ilin ilk yarısında dünya bazarında ətin qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı – Avqust 2026” hesabatında məlumat verilib.
Hesabata əsasən, 2026-cı ilin ilk 6 ayında ət qiymətləri indeksi 5 faiz artıb.
Bahalaşma əsasən quş əti və xırdabuynuzlu heyvan ətinin qiymətlərinin yüksəlməsi ilə əlaqədar olub. Qlobal tələbin artması və ixrac imkanlarının məhdudlaşması həmin məhsulların qiymətlərinə təsir göstərib.
Qeyd edək ki, 2026-cı ilin ilk yarısında qlobal ərzaq bazarında qiymətlər ümumilikdə yüksəlib. Enerji qiymətlərinin artması ərzaq məhsullarının emalı və daşınması xərclərini artıraraq qiymətlərə əlavə təzyiq yaradıb.
BVF-nin açıqladığı kənd təsərrüfatı qiymət indeksi ilin ilk 6 ayında 2,5 faiz, FAO-nun taxıl qiymətləri indeksi isə 2,8 faiz yüksəlib.
Ümumilikdə, FAO-nun ərzaq qiymətləri indeksi iyun ayında 2025-ci ilin sonu ilə müqayisədə 4,7 faiz artıb.
Günay
Şərhlər