Ölkə 02:26 29.05.2023

Dünyanın ən hündür binası bayrağımızın rənglərinə büründü (VİDEO)

Birləşmiş Ərəb Əmirliyində yerləşən dünyanın ən hündür binası Burc Xəlifədə Azərbaycan bayrağı əks olunub. 

Qaynarinfo xəbər verir ki, Dubayın mərkəzində yerləşən binanın görüntüsü rəsmi instaqram səhifəsində də paylaşılıb. Bildirilib ki, bu, 28 May Müstəqillik Günü münasibətilə edilib. 

"Burc Xəlifə Azərbaycanın Müstəqilliyinin bərpa gününü qeyd edərək, Azərbaycana ehtiramını bildirir. Azərbaycan xalqına birlik, firəvanlıq və sülh arzulayırıq" deyə, paylaşımda yazılıb.