Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) sonuncu qurultayının nəticəsini təsdiqləyib.
Bu barədə Qaynarinfo-ya partiya sədri Qiyas Sadıqov məlumat verib.
Beləliklə, Qiyas Sadıqov partiyanın yeni sədri təsdiq olunub.
Xatırladaq ki, dekabrın 14-də Azərbaycan Xalq Partiyasının (AXP) qurultayı keçirilib. Qurultayda Qiyas Böyükağa oğlu Sadıqov AXP-yə sədr seçilib. Partiyanın bundan əvvəl sədri Pənah Hüseyn olub.
Bahar Rüstəmli
Şərhlər