Xəbər lenti

Efirdə halı pisləşən Yusif Mustafayev:
Ölkə 11:39 10.02.2023

Efirdə halı pisləşən Yusif Mustafayev: "Top kimiyəm" (VİDEO)

"Heç nə olmayıb, şükür Allaha top kimiyəm”.

Bunu Qaynarinfo-ya Əməkdar artist Yusif Mustafayev canlı efirdə halının pisləşməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi ifa zamanı Türkiyədə baş verən zəlzələdə ölən və dağıntılar altından qalan insanların çıxarılması ilə bağlı süjetləri göz önünə gətirdiyini bildirib:

"Evimdəyəm, hər şey yaxşıdır, hamıya salamım var. İnsanam, kövrəlirəm, gəmin süjetlərə həyacansız, gözyaşısız baxmaq olmur”.

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayevin canlı efirdə halı pisləşib. Hadisə "Xəzər axşamı” verilişində baş verib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->