XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xalq artisti evdə yıxılıb xəsarət aldı
Ölkə11:13 06.10.2026

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb.

Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu.