Sənət 14:51 07.03.2023

"Elçilik" filminin təqdimatı olacaq

Azərbaycanda "Elçilik" adlı yeni film çəkilib.

Qaynarinfo xəbər verir ki, filmdə Azərbaycanda "Təhminə" rolu ilə tanınan Meral Konrat, aparıcılar Elgiz Əkbər və Pərvanə Tahirqızı, müğənnilər Xatun və Barış Kömürcüoğlu, aktyorlar Teymur Məmmədov, Firüzə Balayeva və Niftulla Əsgərov rol alıb.

Ekran işinin ideya müəllifi Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaraşaroğlu ("My Name is İntiqam”, "Hozu” romantik komediyası və "Hozu cangüdən” macəra komediyası) və ssenari müəllifi Əcəmi Əsədulladır ("Geri Dönənlər”). 

Filmin təqdimatı martın 18-də "Park Cinema"da keçiriləcək.

Film türk ailənin, azərbaycanlı ailəyə elçi gəlməsi ilə başlayır. Bu ailələr bir-birini sosial şəbəkə üzərindən tanıyıb. Ailələr özlərini bir-birinə varlı kimi təqdim edib, bir-birinin sərvətinə ortaq olmaq üçün övladlarını evləndimək qərarına gəlirlər. Bu ailələr zamanında imkan olub, lakin iflas ediblər. Hazırda kasıbdırlar. 

Hər iki ailənin məqdəsi övladlarını varlı bir ailəyə verib, əvvəlki günlərinə geri dönməkdi. Türkiyədən gələn ailənin tanışlıq və elçilik müddətində azərbaycanlı ailənin evində qalması fonunda baş verən hadisələrin sonunda hər iki ailənin iç üzü açılır və onlar bir-birinə düşmən olurlar. Lakin evdirmək planları qurduqları gənclər bir-birinə aşiq olur, böyüklər istəməsə də, bu kasıb ailələrin uşaqları evlənmək qərarına gəlirlər. 

Bu müddətdə baş verən bəzi hadisələr və evə Afrikadan göndərilən meymun ailələrin anidən varlanmasına gətirib çıxarır. Sonda isə ailələr varlı olur, uşaqları da evlənib xoşbəxt olurlar. Kimsə, kimsənin sərvətinə göz dikmir... Sonda yenə də qazanan saf sevgi və məhəbbət olur.

Filmin mediya dəstəyi ARB TV və Qaynarinfo.az saytıdır.