Sənət 11:41 24.05.2023

Elxan Qasımovun vəziyyəti ağırlaşıb, ailəsi ümidsizdir  - Qızı açıqladı

"Atamın vəziyyəti yaxşı deyil”.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elxan Qasımovun qızı Kəmalə Qasımova məlumat verib. O bildirib ki, aktyor neçə gündür reanimasiyadadır, amma bu müddətdə heç bir irəlləyişi olmayıb:
 
"Səhhətində dəyişiklik hiss olunmur. Həkimlər əlindən gələni edir, amma ümidzizəm”. 

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Elxan Qasımovun səhhəti pisləşib və aktyor Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona aorta anevrizmasının partlaması-daxili qanaxma diaqnozu qoyub. 

Bahar Rüstəmli