Xəbər lenti

Ölkə 18:40 03.04.2024

Şəmkirdə üzərinə qumbara atılan sahibkarın ayağı amputasiya olunub - Məhkəmə qərar verdi

Ötən ilin yanvar ayının 5-də Şəmkirdə iş adamı Binnət Qarayevin üzərinə öz şəxsi avtomobildə qumbara atan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, yanvarın 5-də, saat 17.00 radələrində Şəmkir şəhəri bazar ərazisi yaxınlığında 1972-ci il təvəllüdlü Nəsib Heydərov "VAZ 2105” markalı avtomobildə iş adamı, 1990-cı il təvəllüdlü Binnət Qarayevin üzərinə qumbara atıb. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. 

Hadisə 112 min ABŞ dollarına görə baş verib. Belə ki, Binnət Qarayev Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Binnət Fruit" şirkətinin sahibidir. O, Rusiyadan 2022-ci il müxtəlif vaxtlarda Şəmkirdə valyutadəyişmə işi ilə məşğul olan Nəsib Heydərova 700 min ABŞ dolları pul göndərib. Şəmkirə qayıtdıqdan sonra həmin pulları ondan geri alıb. Amma 2022-ci ilin noyabr ayında Nəsib Heydərov iddia edib ki, Binnət Qarayevə 700 min dollardan əlavə bilmədən 112 min dollar da verib. Lakin Binnət Qarayev təqsirləndirilən şəxsin ona əlavə pul verməsini təkzib edib. Buna görə tərəflər Şəmkir bazarı yaxınlığında məsələni araşdırmaq üçün görüşüblər. O, özünə məxsus "Land Cruiser” markalı avtomobillə Şəmkir şəhəri mərkəzi bazarına gəlib. Nəsib Heydərovun idarə etdiyi "VAZ 2105” markalı avtomobildə söhbət ediblər. 

Həmin vaxt Nəsib "Qurani Kərim” kitabını çıxararaq, Binnətin and içməsini istəyib. Sonuncu da əlini kitabın üzərinə qoyaraq and içib ki, ondan əlavə 112 min dollar almayıb. Bundan sonra Nəsib "Kəlimeyi şəhadət"ini deyərək, onun üzərinə qumbara atıb. Hər iki şəxs ağır xəsarət alıb. 15 dəfə əməliyyatdan sonra Binnət Qarayevin sol ayağı diz nahiyyəsindən aşağı hissəsi amputasiya olunub. O, məhkəmədə Nəsib Heydərovdan şikayətçi olduğunu deyib. 

Məhkəmənin qərarı ilə Nəsib Heydərov Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?