Xəbər lenti

İdman 21:23 08.08.2023

Ərəb klubundan “Napoli”nin ulduzuna 200 milyonluq təklif

"Napoli"nin çempionuğunda önəmli rol oynayan Viktor Osmihen astronomik məbləğ qarşılığında komandadan ayrıla bilər.

Qaynarinfo-nun məlumatına görə, yay fasiləsində bir çox ulduz futbolçunu heyətinə qatan Xorxe Xesusun çalışdırdığı "Al-Hilal" Osimheni də transfer edə bilər. "La Gazzetta dello Sport"da çıxan xəbərə görə, Səudiyyə Ərəbistanı komandasının nigeriyalı ulduza çox astronomik təklif etdiyi iddia edilir. Osimhenin "Al-Hilal”ın təklifini rədd edən Kylian Mbappenin yerinə alınacağı qeyd olunub.

Klubun satmaqda çətinlik çəkdiyi hücumçunun meneceri Roberto Kalenda ilə yeni müqavilə danışıqları davam edir. Məlumdur ki, bu danışıqlarda ən mühüm olanı qiymət məsələsidir. Futbolçu üçün 200 milyon avro təklif edən "Al-Hilal”ın balansı dəyişməsi gözlənilir. Bunun illik 50 milyon şəklində dörd, yaxud 40 milyon və beşillik təklif olduğu hələ dəqiqləşməsə də Osimheni razı salmaq üçün kifayət edəcəyi bildirilir. 

Osmihen ötən mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 38 matçda 31 qol vurub. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->