Xəbər lenti

Dünya 19:18 21.10.2023

Ərəb Liqası genişmiqyaslı dini qarşıdurma xəbərdarlığı etdi

"Qəzza zolağında baş verən böhrana görə dünya qlobal dini qarşıdurmaya sürükənmək riski ilə üzləşib". 

Qaynarinfo xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbul Qeyt Qahirə Sülh Sammitində çıxışı zamanı deyib.

"Biz bütün bəşəriyyət üçün qlobal fəlakətə səbəb olacaq genişmiqyaslı dini münaqişəyə cəlb olunmaqdan çox qorxuruq", deyə siyasətçi vurğulayıb.

Böyük müharibənin qarşısını almaq üçün Ərəb Liqası Qəzzada dinc əhalini atəşə tutmağı dayandırmağa, eləcə də anklava bütün lazımi humanitar yardımın təcili çatdırılmasına çağırıb.

Bundan əvvəl Qeyt Fələstin dövlətinin yaradılması məsələsinin təcili həllinə çağırıb.

Qəzza zolağındakı vəziyyətlə bağlı sammit Misirin təşəbbüsü ilə oktyabrın 21-də keçirilir. Ölkənin paytaxtına 30-dan çox ölkənin, o cümlədən İtaliya, Kipr, Yunanıstanın nümayəndələri, bir sıra beynəlxalq təşkilatların iştirakçıları gəlib. BMT-nin baş katibi Antonio Quterreş, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell də iştirak edirlər.

İsrail Qahirə sammitində iştirakdan imtina edib. Fələstin prezidenti Mahmud Abbas isə əksinə, Misirin paytaxtına yollanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->