Ermənistan Rusiyadan "Korovka" markalı dondurmanın idxalını müvəqqəti qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, qadağa iyulun 2-dən qüvvəyə minib. Qərar qida məhsullarının təhlükəsizliyi üçün risklərin qiymətləndirilməsi əsasında qəbul edilib.
Qadağa 2025-ci il iyulun 2-dən sonra idxal edilmiş dondurma partiyalarına şamil olunacaq.
Şərhlər