Xəbər lenti

Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edildi
Ölkə 19:38 09.07.2025

Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edildi

Ermənistan parlamentinin müxalif "Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

"Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, - o bildirib.

Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->