Xəbər lenti

Aralıq dənizi hövzəsi səhralaşır... - BMT-dən 2030 xəbərdarlığı
Dünya 21:01 09.07.2025

Aralıq dənizi hövzəsi səhralaşır... - BMT-dən 2030 xəbərdarlığı

BMT-nin son hesabatına görə, Aralıq dənizi hövzəsində baş verən iqlim dəyişikliyi İspaniya, Mərakeş və Türkiyə kimi ölkələrdə quraqlıq və səhralaşma riskini artırır. Hesabatda su ehtiyatlarının daha səmərəli istifadəsi tövsiyə olunur.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırlanan yeni hesabat Aralıq dənizi hövzəsinin iqlim dəyişikliyinə qarşı ən həssas bölgələrdən biri olduğunu ortaya qoyub. Aralıq dənizi hövzəsindəki iqlim dəyişikliyi və qlobal istiləşmənin təsirləri və mümkün risklərinin araşdırıldığı hesabatda İspaniya, Mərakeş və Türkiyə nümunə olaraq götürülüb. Hesabatda xəbərdarlıq olunur ki, əgər tədbirlər görülməzsə, Türkiyə 2030-cu ildə ciddi quraqlıqla üzləşə bilər.

Hesabat ABŞ Milli Quraqlıqla Mübarizə Mərkəzi və BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası tərəfindən hazırlanıb. Burada qeyd olunur ki, yarımsəhralı iqlim quruluşuna və torpağın parçalanmasına meyilliliyi ilə Türkiyə səhralaşma riski daşıyan ölkələr sırasındadır.

Yağıntı 30 faiz azalacaq

Hesabatda bildirilir ki, Türkiyə torpaqlarının 88 faizi səhralaşma riski altındadır. XXI əsrin sonuna qədər ölkə üzrə ümumi yağıntıların 30 faiz azalacağı proqnozlaşdırılır. Eyni zamanda vurğulanır ki, Türkiyə 2030-cu ildə "su qıtlığı olan ölkə" kateqoriyasına düşmək riski ilə üz-üzədir. Bu ehtimala qarşı, su resurslarından daha səmərəli istifadə edilməli və alternativ həll yollarına yönəlmək üçün ciddi investisiyalar həyata keçirilməlidir. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, lazım olan tədbirlər görülməzsə, su ehtiyatları, kənd təsərrüfatı və şəhər həyatı ciddi təhlükə altına düşəcək. 

Xatırladaq ki, Türkiyə 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə "su çatışmazlığı yaşayan ölkə" kateqoriyasında dəyərləndirilmişdi.

Milleyha quş cənnəti quruyub

Hatayın Samandağ rayonunda yerləşən və 314 quş növünə ev sahibliyi edən Milleyha sulak ərazisi bu il quraqlığın təsiri ilə tamamilə quruyub. Hər il təxminən 9-10 ay su tutan bu ərazi, yağıntıların kifayət qədər olmaması və ətrafdakı kanalların suyu çəkməsi səbəbilə bu il tamamilə susuz qalıb. 

Bölgədə yaşayan və çoxalan bir çox quş növü ərazini tərk etməli olub. Təbiətsevərlər və mütəxəssislər, quraqlığın sulak sahə ekosisteminə ciddi ziyan vurduğunu bildirərək, təcili tədbir görülməsinə çağırıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->