Xəbər lenti

Eyni həyətdəki iki evdən oğurluq etdi, namaz qılmağa başladı
Ölkə 19:51 01.12.2025

Eyni həyətdəki iki evdən oğurluq etdi, namaz qılmağa başladı

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi yaşayış evlərindən oğurluq edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Beyləqan şəhərində doğulmuş F.G. barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, F.G. Sulutəpədəki bir həyətdə yerləşən iki evdə ayrı-ayrı günlərdə oğurluq edib. O, Ruslan Allahverdiyev küçəsi, 15-ci döngədə yerləşən iki mərtəbəli fərdi yaşayış evinindən qızıl-ziynət əşyalarını oğurlayıb və zərərçəkmişə 6545  manat ziyan vurub.

Bundan əlavə, eyni həyətdə yaşayan S.D. adlı zərərçəkmişin evindən 800 manat məbləğində oğurluq edib.

Təqsirləndirilən şəxs Məhkəmədə bir daha cinayət törətməyəcəyini, namaz qılmağa başladığını, tutulduqdan qısa müddət sonra atasının vəfat etdiyini bildirib VƏ barəsində yüngül cəza təyin edilməsini xahiş edib. O, oğurladığı əşyaları bir üzük istisna olmaqla qaytardığını da deyib. 

Məhkəmənin hökmü ilə F.G 3 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->