İdman 11:00 24.11.2023

"Fənərbağça" və "Qalatasaray"ın prezidentləri haqlarından məhrum edilib cərimələndi

"Fənərbağça” və "Qalatasaray”ın prezidentləri idmana yaraşmayan hərəkətlərinə görə ağır cəzalara məruz qalıblar.

Qaynarinfo-nun məlumatına görə, Türkiyənin Peşəkar Futbol İntizam Şurası "Fənərbağça"nın prezidenti Ali Koç və onun "Qalatasaray"dakı həmkarı Dursun Özbek haqqında 45 günlük haq məhrumetməsi qərarı çıxarıb və cərimələyib.

Bu cəzaların səbəbi prezidentlərin rəhbərlik etdikləri klubların rəsmi saytlarında və mətbuata açıqlamalarında idmançıya yaraşmayan hərəkətlərə yol verməsi olub.

TFF "Qalatasaray” və "Fənərbaxça”nın prezidentlərini ümumilikdə iki milyon 250 min lirə və 135 gün haqlarından məhrumetmə ilə cərimələyib.

Səbuhi Həsənov