Xəbər lenti

FHN
Ekonomiks 14:30 12.07.2026

FHN "Gilan Holdinq"ə bağlı şirkətə 985 min manat ayırdı - Məhəlləarası yolu bərpa edəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azəri Biznes” MMC (VÖEN – 1401122631) ilə satınalma müqaviləsi imzalayıb.
 
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Qeyd edək ki, "Azəri Biznes” MMC FHN-in sifarişi əsasında Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evlərindən ibarət massivdə məhəlləarası asfalt yolun bərpası işlərini həyata keçirəcək və qarşılığında 985 min 317 manat 48 qəpik alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Azəri Biznes” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 55, mənzil 16-da yerləşən MMC-nin qanuni təmsilçisi Ağayev Laçın Şirvan oğludur.

Onu da bildirək ki, Ağayev Laçın Şirvan oğlu fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovların rəhbərlik etdiyi "Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərin də qanuni təmsilçisidir. Laçın Ağayev hazırda "Gilan Satış” MMC-nin də rəhbəridir.

"Azəri Biznes” MMC bu günə kimi yalnız FHN tərəfindən keçirilən tender müsabiqələrində qalib olub. MMC son 5 ildə 7 layihənin icrası üçün FHN-dən 29,7 milyon manat alıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->