"Hidroqazma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bəylər Abdullayev cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Bəylər Abdullayevin rəhbəri olduğu MMC barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb və məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə "Hidroqazma" MMC İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib və 300 manat cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Bəylər Tanirverdi oğludur. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 21630,78 qəpik vergi borcu var. Bəylər Abdullayev "Təməl Tikinti" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.
Hər iki şirkət Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nın keçirdiyi milyonluq tenderlərin qalibi olub.
Aydın
Şərhlər