Fövqəladə Hallar Nazirliyi (FHN) Əsaslı Tikinti İdarəsi təkzib etdiyi xəbərimizi 27 gün sonra təsdiqləyib.
Bu ilin noyabr ayının 27-də Qaynarinfo-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə Ruslan Vaqif oğlu Səlimovun rəis təyin edilməsi ilə bağlı xəbər
dərc olunub.
Xəbərdə qeyd edilirdi ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Ruslan Səlimov sözügedən quruma rəis təyin olunub.
Səbuhi Ağayevin rəhbərlik etdiyi FHN-nin İctimaiyyətlə əlaqələr idarəsi mətbuata aşıqlamasında xəbəri təkzib etmişdi.
Amma bu gün, aradan 27 gün sonra, FHN-nin rəsmi saytında Ruslan Vaqif oğlu Səlimovun Əsaslı Tikinti İdarəsinin rəisi olduğu qeyd edilib.
Qeyd edək ki, bu idarə artıq neçənci dəfədir ki, Qaynarinfo-nun xəbərlərini məqsədli şəkildə təkzib edərək ictimaiyyəti çaşdırmağa çalışır.
Aydın
Şərhlər