Xəbər lenti

FİFA açıqladı: İran millisi DÇ-2026-da iştirak edəcək?
İdman 15:40 16.04.2026

FİFA açıqladı: İran millisi DÇ-2026-da iştirak edəcək?

İran milli futbol komandası ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib.

"Onlar öz xalqını təmsil edirlər. Komanda dünya çempionatına vəsiqə qazanıb. Futbolçular oynamaq istəyir", deyə İnfantino bildirib.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Plan üzrə İran qrupu mərhələsində Los-Ancelesdə Yeni Zelandiya və Belçika ilə, Sietldə isə Misirlə qarşılaşmalıdır.

Bununla belə, uzun müddət İran komandasının turnirdə iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələr davam edib. Fevralın sonunda İran tərəfi əvvəlcə ABŞ-da oyunların keçirilməsinə etiraz edərək mundialın boykot edilməsini tələb edib, lakin FIFA bu tələbi rədd edib.

Daha sonra İran rəsmiləri iştirakla bağlı qərarın ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən veriləcəyini açıqlayıblar.

Aydın
--> -->