XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rəşad Nəbiyev "Cisco"nunbaş vitse-prezidenti və baş direktoru ilə görüşdü (FOTO)
Ekonomiks11:34 29.09.2026

Rəşad Nəbiyev "Cisco"nunbaş vitse-prezidenti və baş direktoru ilə görüşdü (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşüb.

Qaynarinfo xəbər verirn ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akademiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.