Xəbər lenti

Finalda uduzdu,
İdman 20:42 03.06.2025

Finalda uduzdu, "İnter"dən getdi - İnzaqinin yeni klubu açıqlandı

İtaliya təmsilçisi "İnter" baş məşqçisi Simone İnzaqinin gedişini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Məşhur insayder Fabritsio Romanonun sözlərinə görə, İnzaqi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın təklifini qəbul edib. 49 yaşlı mütxəssis Asiya klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən "İnter"də işləyir. Onun komandası başa çatan mövsümdə Çempionlar Liqasının finalında PSJ-yə uduzub (0:5). A Seriyasında isə çüempionluq yarışında "Napoli"dən geri qalıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->