Xəbər lenti

Fransa klubunun futbolçusu haqda həbs qərarı çıxarıldı
İdman 15:31 04.01.2024

Fransa klubunun futbolçusu haqda həbs qərarı çıxarıldı

Fransa klubu "Nitsa"da çıxış edən Yosef Atal səkkizaylıq həbs cəzasına məhkum edilib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu həbs cəzası ilə yanaşı 45 min avro cərimələnib. Buna səbəbə onun İsrailin Qəzzaya hücumlarından sonra paylaşdığı video olub. Ölkə mətbuatında yer alan xəbərə görə, məhkəmə əlcəzairli futbolçunu din zəminində nifrəti qızışdırdığı üçün cəzalandırıb. Nitsa prokurorluğu sosial media hesabında "yəhudilər üçün qara gün" çağırışı edən videonu paylaşan və daha sonra onu silən 27 yaşlı oyunçunu istintaqa cəlb edib. 

Noyabrda saxlanılan Atal sülh mesajı vermək istədiyini və paylaşmadan əvvəl videoya bütünlüklə baxmadığını bildirib.

"Nitsa"nın qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırdığı Atal paylaşımına görə üzr istəyib.
 




Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->