Sabah Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında final oyunu baş tutacaq. Mundialın son matçında Fransa və Argentina milliləri qarşılaşacaq.
Qaynarinfo xəbər verir ki, Avropa təmsilçisi matça ciddi itkilərlə hazırlaşır. Belə ki, komandanın dünənki məşqində üç futbolçu - Rafael Varan, Kinqsli Koman və İbrahima Konate iştirak etməyib. Hər üç futbolçunun səhhətində problem var.
Bundan başqa yüngül zədəsi olan Orelyen Çuameni və Teo Hernandes fərdi məşq edib. Mərakeşlə yarımfinal oyununda iştirak etməyən Adrien Rabyo və Dayo Upamekano isə kollektivə qoşulub.
Qeyd edək ki, sabah "Lusail İconic" staionunda keçiriləcək Argentina - Fransa qarşılaşması Bakı vaxtilə saat 19.00-da start götürəcək.
Aydın
Şərhlər