Xəbər lenti

Fransada ilginc yenilik: Başqasının toyuna dəvətnamə almaq olacaq
Dünya 20:57 10.08.2025

Fransada ilginc yenilik: Başqasının toyuna dəvətnamə almaq olacaq

Fransada yeni istifadəyə verilmiş mobil tətbiq cütlüklərə öz toylarına yerləri satmaq imkanı yaradır. 

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, qonaqlar 100–150 avro dəyərində bilet alaraq mərasimə qatıla bilirlər, bununla yanaşı, dəvətdə göstərilən geyim tərzinə və davranış qaydalarına riayət etməlidirlər.

48 yaşlı aktrisa Cenifer və 50 yaşlı həyat yoldaşı Paulo bu tətbiqdən istifadə edən ilk cütlük olub. Onlar ayın sonunda Paris yaxınlığındakı malikanədə evlənəcəklər. Toya 80 böyüklə yanaşı 15 uşaq və 5 "ödənişli qonaq” qatılacaq.

Cenifer jurnalistlərə bildirib ki, "Invitin" startapı ilə Parisdə keçirilən toy sərgisində tanış olublar: "Əvvəlcə qəribə göründü – toya tanımadığımız adamları dəvət etmək. Amma sonra düşündük ki, əgər tətbiqdə onların profilinə baxa və seçim edə bilsək, bu maraqlı təcrübə ola bilər".

Bilet alan qonaqlar günün bütün mərhələlərində iştirak edəcəklər: gündüz bağda keçirilən nikah mərasimindən başlayaraq canlı musiqi altında içkilər, böyük zalda balıq və ya vegetarian menyulu şam yeməyi və sonda rəqs mərasimi. Geyim tərzi dəvətnamədə "zərif və şık” kimi göstərilib.

Startapın məqsədi — ödənişli qonaqlar vasitəsilə cütlüklərin toy xərclərinin bir hissəsini qarşılamaqdır. 29 yaşlı oyuncaqlar istehsalçısı Loren, ödənişli qonaqlardan biri olaraq, fərqli toy ənənələrini görmək fürsətindən məmnun olduğunu deyib.

"Invitin" 2025-ci ilin əvvəlində Katya Lekarski tərəfindən yaradılıb. Onun sözlərinə görə, artıq Paris ətrafında altı toy ödənişli qonaqlarla planlaşdırılıb. Fikrin yaranmasına isə öz evini toya gələnlərə kirayə verdiyi vaxt qızının "Niyə biz toya dəvət olunmuruq?” sualı səbəb olub.

Lekarski bildirib ki, ən çətin məsələ toya tanımadığı insanları çağırmağa hazır olan cütlükləri və iştirak etmək istəyən qonaqları tapmaqdır. Ən çox razılıq verənlər isə 25–35 yaş arası şəxslərdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->