Xəbər lenti

Kişilərin gedikcə sevgi tapması çətinləşir - WP müxbiri səbəbləri açıqladı
Dünya 22:32 10.08.2025

Kişilərin gedikcə sevgi tapması çətinləşir - WP müxbiri səbəbləri açıqladı

Son illərdə qadınlar yaxşı həyat yoldaşı axtarışında çətinliklərdən şikayətlənirdilər, indi isə vəziyyət daha da ağırlaşıb. Artıq klişeyə çevrilmiş "valideyn evinin zirzəmisində videooyun oynayan gənc oğlan” obrazında müəyyən həqiqət payı var. Qadınlar getdikcə daha çox qeyd edirlər ki, kişilər sadəcə görünmür – həm birbaşa, həm də məcazi mənada. Bu "paraliz” yalnız stereotip tənbəllərə aid deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” müxbiri Şadi Hamid yazır.

Onum fikrincə, hətta uğurlu və hər şey qaydasında görünən kişilər belə, müasir münasibətlərin mürəkkəbliyində çaşqınlıq yaşayır. Onun sözlərinə görə, 1970–80-ci illərdə 40 yaşına qədər evlənməyən kişilərin faizi birrəqəmli idi, 2021-ci ilə gəldikdə isə bu göstərici 28 faizə yüksəlib.

Mövzu, müasir tanışlıq çətinliklərindən bəhs edən viral esse dalğası ilə yenidən gündəmə gəlib. "New York Times” müəlliflərinin çoxu da kişilərin vəziyyətinin ağırlaşdığını düşünür. Bir məclisdə Hamid "heterofatalizm” adlanan, yazıçı Cin Qarnettin məqaləsində işlədilən anlayış üzərində uzun müzakirəyə qoşulub.

Qarnett uğurlu ilk görüşdən sonra kişinin "güclü narahatlıq” bəhanəsi ilə uzaqlaşmasını təsvir edir. O yazır: "Kişi məni ya ümidsizcəsinə istəməlidir, ya da heç istəməməlidir".

Müəllifin fikrincə, bir çox müasir subay kişilərdə bu istək yoxdur. Hətta orta yaşda da onlar nə istədiklərini anlamır və ya anlasalar belə, qərar verməyə çətinlik çəkirlər.

Pandemiyadan sonra daha çox qadın "layiqli kişi” axtarışından məyusluqla danışır, bəziləri isə ümumiyyətlə "oyundan çıxır”.

Buna təsir edən amillərdən biri də #MeToo hərəkatının nəticələridir: kişilər artıq real həyatda tanışlıqlara daha az cəhd göstərirlər, hər hansı mənfi nəticədən ehtiyat edirlər. Tanışlıq tətbiqləri isə sonsuz seçim illüziyası yaradır – amma bu, sadəcə illüziyadır. Kişilər çox zaman göndərdikləri "bəyənmələrə” az cavab alır, qadınlar isə minlərlə müraciət içində itib-batırlar.

Hamid yazır ki, keçmişdə də münasibətlər "qaliblər” və "məğlublar” bazarı idi, lakin kişilər rədd cavablarını daha asan qəbul edirdilər. İndi isə gənclər podkastlarda və "Reddit” forumlarında "80/20 qaydasını” müzakirə edirlər – guya qadınların 80 faizi yalnız kişilərin 20 faizini seçir. Müasir mədəniyyət parçalanıb və hər kəsin bütün "daxili dünyalarına” uyğun partnyor tapmaq çətinləşib.

"Özüm də subayam və evlənmək istəyirəm, ona görə bu mövzu mənim üçün təkcə akademik deyil, həm də şəxsi xarakter daşıyır. Təəssüf edirəm ki, partnyor axtarışına vaxtında üstünlük verməmişəm. Yaş artdıqca insan daha seçici və inadkar olur. Mənim vəziyyətim xüsusidir: uşaqlarımı müsəlman kimi böyütmək istəyirəm, buna görə axtarışım yalnız müsəlman qadınlarla və ya buna razı olanlarla məhdudlaşır”, deyə o vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->