Xəbər lenti

Roma Papası Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışladı
Siyasət 14:43 10.08.2025

Roma Papası Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışladı

Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb.

"Report" "Vatican News"a istinadən xəbər verir ki, Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.

"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək", – deyə XIV Leo bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->