Xəbər lenti

Fridrix Merz və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət etdi
Siyasət 20:28 04.12.2025

Fridrix Merz və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət etdi

Almaniyanın Kansleri Fridrix Merz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Qaynarinfo-nun məlumatına görə, Fridrix Merz, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kansler Fridrix Merz İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->