"Nitsa”nın gənc yarımmüdafiəçisi Aleksis Beka Beka intihara cəhd edib.
Qaynarinfo-nun məlumatına görə, Fransa klubunun yarımmüdafiəçinin bu addımı atmasına səbəb sevgilisindən ayrılması olub. "RMC Sport"da yer alan xəbərə görə, dərhal hadisə yerinə polis qrupları gəlib və futbolçunu fikrindən daşındırmağa çalışıb.
"Nitsa” isə hadisə yerinə psixoloq göndərib. Həmçinin komanda yoldaşları Beka Bekanın keçmiş sevgilisi ilə əlaqə saxlamağa çalışıb. 22 yaşlı futbolçu Nitsa şəhərindən İtaliya istiqamətinə gedən A8 magistralındakı təxminən 100 metr hündürlükdə yerləşən "le Viaduc du Magnan" adlı körpüdən özünü atmaq istəyib. Hadisəyə yerli polislər və yanğınsöndürmə briqadası da daxil olmaqla bir çox təcili xidmət personalı müdaxilə edib.
Hadisə səbəbindən magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və əməliyyatların keçirilməsi üçün 5 kilometrdən çox tıxac yaranıb.
Bu səbəbdən "Nitsa"nın baş məşqçi Françesko Fariolinin bazar günü saat "Brest"lə matçdan əvvəl keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv olunub.
"Nitsa"ya 2022-ci ildə 12 milyon avro qarşılığında transfer olunan Beka Beka, bu mövsüm heç bir matçda forma geyinməyib.
Səbuhi Həsənov
Şərhlər