Xəbər lenti

Ölkə 14:57 17.09.2023

Füzulidə daha bir kütləvi məzarlığın olduğu ehtimal edilir

"Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik".

Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Lakin mina təhlükəsi bizə imkan vermir", deyə o, əlavə edib.

Həbib Mikayıllı bildirib ki, bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir: "Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur".

Sektor müdiri qalıqların eyniləşdirilməsi məsələsinə də toxunub: "Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur".

"Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var. Lakin təəssüf ki, Ermənistan bu mövzuda da qeyri-konstruktiv addımlar atır, koordinatları Azərbaycan tərəfinə vermir", deyə PA rəsmisi bildirib.//APA

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->