Xəbər lenti

Dünya 13:49 29.10.2023

G7 ölkələri əsassız ticarət məhdudiyyətlərinə son qoymağa çağırır

G7 ölkələrinin ticarət nazirləri Yaponiyada keçirilən danışıqlardan sonra ticarət əlaqələrinə mane olan əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.

Nişimuranın sözlərinə görə, görüşün yekun bəyanatına müvafiq çağırış daxil edilib. Bu məhdudiyyətlərə həmçinin Yapon dəniz məhsullarının idxalına qadağa da daxildir.

"G7 ölkələri Yaponiyanın bu cür məhdudiyyətlərin elmi cəhətdən əsassız və tamamilə qəbuledilməz olduğu mövqeyini qətiyyətlə dəstəklədi", deyə yapon nazir bildirib.

Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanı Fukusima Atom Elektrik Stansiyasından radioaktiv maddələrdən təmizlənmiş suyun okeana axıdılması səbəbindən tətbiq edilən Yaponiya dəniz məhsulları və balıqlarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Oktyabrın 16-da məlum olub ki, "Rosselxoznadzor" Çinin yapon dəniz məhsullarının idxalı ilə bağlı məhdudlaşdırıcı tədbirlərinə qoşularaq, Yaponiyadan balıq və dəniz məhsullarının idxalını müvəqqəti məhdudlaşdıracaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->