📢 QADINLARIN PENSİYA YAŞI YENİDƏN ARTIRILIR
📅 Gələn aydan etibarən Azərbaycanda qadınların pensiya yaşı bir daha artırılacaq.
📌 "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən:
🔹 Azı 25 il sığorta stajı olan qadınların pensiya yaşı 2017-ci ildən 2027-ci ilədək hər il 6 ay artırılır.
📈 Son dəyişikliklər:
▪️ 2024-cü il, 1 iyul — pensiya yaşı 64 oldu.
▪️ 2025-ci il, 1 iyuldan — pensiya yaşı 64 il 6 ay olacaq.
▪️ 2026-cı il, 1 iyuldan — qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək, yəni 65 yaş olacaq.
👨💼 Qeyd: Azərbaycanda kişilərin pensiya yaşı artıq 2021-ci ilin 1 iyulundan 65 müəyyən olunub.
📃 Qanuna əsasən, pensiya yaşı bu hallarda hüquq verir:
✔️ Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, minimum pensiya məbləğini təmin edirsə — staj tələb olunmur.
✔️ Əks halda, azı 25 il sığorta stajı tələb olunur.
📎 Əlavə qeyd: Bu dəyişikliklərə 2017-ci ildən əvvəl pensiya almış şəxslər aid edilmir.
Şərhlər