Xəbər lenti

Sənət 09:40 30.10.2023

Gələn il "Eurovision"da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir (ADLAR/FOTO)

"Eurovision 2024” seçim turunun növbəti mərhələsi uğurla başa çatıb.  

Bizim.Media xəbər verir ki, seçilən 16 müğənni arasında tanış isimlər, o cümlədən, "Eurovision 2018” təmsilçimiz "Aisel” (Aysel Məmmədova) da var.

Təmsilçilərimiz isə bunlardır: Aisel, Tofiq Hacıyev və Camal Qurbanov, "Emy Lia”, Rilaya, Mari, İlkin Dövlətov və Mila Miles və Etibar Əsədli, Səbinə Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Ələsgər, Rahib Mirzəyev və Tofiq Yadiqar, Səbinə Quluzadə, Qorqud, Fahree. 
Münsif qismində isə "Avroviziya-2009” Aysel Teymurzadə və ölkəmizə 2011-ci ildə sözügedən yarışmanın sevincini və qalibiyyətini yaşadan Nigar Camal yer alıb.  

Qeyd edək ki, 16 namizəddən biri təəssüf ki, seçim mərhələsinin bu turunda iştirak edə bilməyib.

Bu səbəbdən 15 namizəddən biri ölkəmizi gələn ilin mayında "Eurovision" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək.  


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->