Ölkə 19:09 17.02.2023

“Gəncə Sukanal”ın işçisi kanalizasiya qapaqlarını oğurladı

"Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin işçisi kanalizasiya quyusunun qapaqlarını oğurladığına görə həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 56 yaşlı Gəncə şəhər sakini Sakit (şərti) adlı şəxs şəhərin müxtəlif ərazilərindən "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə olan 16 ədəd kanalizasiya quyusunun qapağını oğurlayıb. O, ümumilikdə 1050 manat məbləğində ziyan vurub.

Cinayətin üstü açıldıqdan sorna işdən çıxarılan Sakit bu əməlləri törətməsinə səbəb kimi maddi imkansızlığını göstərib.

Məhkəmənin qərarı ilə Sakit İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 2 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. 

Əhməd