Xəbər lenti

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var
Ölkə 23:55 23.04.2026

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, bir neçə nəfər dəm qazından zəhərlənib.

Onlardan biri həyatını itirib, digərləri isə müxtəlif dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
--> -->