Xəbər lenti

2027-ci ildə Avropa İttifaqına yeni üzv qoşula bilər
Dünya 18:06 23.04.2026

2027-ci ildə Avropa İttifaqına yeni üzv qoşula bilər

Ən azı bir ölkənin 2027-ci ilin ikinci yarısında Avropa İttifaqına qoşulması mümkündür. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis Delphi İqtisadi Forumunda çıxışı zamanı bildirib. 

Qeyd edilir ki, nazir konkret olaraq hansı ölkəni nəzərdə tutduğu açıqlamayıb və bu, sual olaraq qalır.

Mart ayında "Politico” yazmışdı ki, Avropa İttifaqı xüsusilə yoxsul ölkələrin, o cümlədən Ukraynanın üzvlüyünə ehtiyatla yanaşır. Bildirilir ki, belə ölkələr çox güman ki, Aİ büdcəsinə ödədiklərindən daha çox vəsait alacaqlar.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqına daha dörd ölkənin də qəbul edilməsini təklif edib. Onun fikrincə, Norveç, Ukrayna, Böyük Britaniya və Türkiyənin qoşulması Aİ-ni daha da gücləndirə bilər. Zelenski hesab edir ki, bu ölkələr Avropa İttifaqının tərkibində mühüm rol oynaya bilər.

Aydın

--> -->