Xəbər lenti

Gəncədə təqaüd dələduzluğu
Ölkə 18:50 08.05.2026

Gəncədə təqaüd dələduzluğu

Gəncə şəhərində II qrup əlillik dərəcəsi almaq istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, A.Abbasov II qrup əlil kimi təqaüd almaq üçün M.Məcidoğlu adlı şəxsə 2500 manat verib. Lakin həmin şəxs verdiyi vədi yerinə yetirməyib. 

Məlumatlara görə, M.Məcidoğlu başqa şəxslərə qarşı dələduzluq edib. Hüquq-mühafizə orqanlarına şikayətdən sonra M.Məcidoğlu saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib. Eyni zamanda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə M.Məcidoğluna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 ay 23 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzrəində qəti olaraq 1 il 8 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid
--> -->