Xəbər lenti

Komitə sədrindən diplomatların baqajı ilə bağlı açıqlama:
Ölkə 15:58 29.04.2026

Komitə sədrindən diplomatların baqajı ilə bağlı açıqlama: "Əsla belə deyil"

"Biz mediayaya açıq təşkilatıq".

Mediada səsləndirilir ki, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, onların heyətinin və ailə üzvlərinin gömrük baqajınının yoxlanılmasının həyata keçrilməsi norması üçün bizə yeni səlahiyyətlər verilir.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisdə "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışında deyib.
 
Komitə sədri bunu təkzib edib: "Bu, əsla belə deyil. Əgər mahiyyəti üzrə dəyişikliklərə baxsaq, mövcud aktlarda və gömrük məcəlləsində qəbul olunan qaydalar var. Dünyada istifadə olunan normalar Azərbaycanda da tətbiq olunur. Diplomatik nümayəndə rəhbərərlərinin baqajlarına baxışın həyata keçrilməsi Vyana konvesiyasının müvafiq qaydalarına əsasən həyata keçirilir. Dəyişiklik sadəcə hüquqi müəyyənlikdir".
 
Vüqar

--> -->