Ölkə 20:14 29.12.2022

Gömrüyün daha bir generalı işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb.

Qaynarinfo unikal-a istinadən xəbər verir ki,bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.