Guya ABŞ və İsrail İrana qarşı müharibəyə başlayanda əhalidə vətənpərvərlik hissi o qədər aşıb-daşdı ki, onlar bütün siyasi umu-küsüləri, hətta sosial-iqtisadi problemləri unudub ümumiliklə ABŞ-a və İsrailə qarşı birləşdilər - bəli, əksər siyasi müşahidəçilər son aylarda cənub qonşumuzda baş verən prosesləri belə yozurlar.
Amma düşünməyin ki, onlar belə dedilər və biz də inandıq! Düzdür, tarixdə belə hallar olub – məsələn, 37-nin repressiylarından keçən sovet xalqı sovet-alman müharibəsi zamanı Stalin rejiminə qarşı qalxmadı, hətta rus pravoslav kilsəsi belə alman işğalına qarşı mübarizəyə qalxdı, halbuki Stalin və onun bolşevik dostları və silahdaşları, başda Lenin yoldaş olmaqla çara qarşı bunun əsksini etmişdilər.
Onlar Rusiyanı Birinci Dünya müharibəsində uduzdurmağı özlərinin taktikası və strategiyası elan etmişdilər və buna nail da oldular: bolşevik xəyanəti onda Rusiyanı çökdürdi, çar ailəsi tamam məhv edildi, rusların ötən əsrin əvvəlində ilk demokratiya təşəbbüsü – Fevral inqilabı mənasız oldu, çünki bolşeviklər onu devirib öz hökumətlərini qurdular və nə qədər qəribə olsa da, həmin inqilabın liderləri Kerenski, Çxeidze və digərləri sonadək Leninə və partiyasına qeyri-ciddi siyasi ünüsürlər kimi baxdılar.
Amma bu "qeyri-ciddi” siyasi ünsürlər bir-iki ilin içində nələr etmədilər? Vətən müharibəsini vətəndaş müharibəsinə çevirdilər, aclıq və səfalət ölkəni bürüdü, qırmızı terror baş alıb getdi və milyonlarla insan aclıqdan və vətəndaş müharibəsində qırıldı, uşaqların sevimli İliç babası (əslində adamın uşaqlardan zəhləsi gedirmiş) bəlkə dünyada ilk dəfə uşaqlarçün də həbs düşərgələri yaratdı...
Məni qınamayın, hər dəfə mollakratiaya haqqında düşünəndə belə assosiayasiyalar yaranır beynimdə - bunlar da şahı devirib ölkədən qovdular! Buna sözümüz yox, inqilablar, çox təəssüf, nadir hallarda qurbansız keçinir - Pəhləvilər Romanovların aqibətini yaşamasa da (sonradan bu ailədə də iki intihar oldu deyəsən!) Məhəmməd Rza Şah da tez zamanda, hətta bəlkə də müəmmalı olaraq dünyasını dəyişdi və şahın milyardalarının taleyi naməlum qaldı.
İndi 14 maddəlik razılaşmaya baxanda elə bil ağlıma gəldi ki, bəlkə o pullar da (20-25 milyard!) qaytarılır? Üstəlik, deyəsən, 300 milyard da təzminat ödənməlıdir. Əcaba, şərtləri kim diqtə edir? Qaliblər, yoxsa ki, məğlublar?
Sabah Rusiya da Ukraynaya (və yaxud İsrail Qəzzaya!) bu qədər pul ödəyəcəkmi? Bəli, bir məsələ var ki, bu məqamda ümid verir - söhbət, Rusiyanın düz 300 milyard dollar dondurumuş vəsaitindən gedir. Amma bu məbləğ müsadirə olsa, Kreml "sülh”ə gedərmi? Doğrusu, inanmıram.
İran xalqına təzminat ödənilməsinin və hətta keşmiş monarxiya pullarının qaytarılmasının qəti əleyhinə deyiləm, amma ödənilsə, həmin pullar nəyə sərf olunacaq? "Molla”lar ondan yenə də oranı-buranı, yaxını-uzağı qarışdırmaq, təzədən nüvə silahıyla bağlı səylərini bərpa etmək üçün istifadə edəcəklər.
Gələk bir azca keçmişə. Yaxın Şərq üzrə mütəxəssis deyiləm, amma mənə həmişə elə gəlib ki, Tehrançün İraqla müharibə bir növ fürsət oldu və onlar, yəni "molla”lar bundan istifadə edib bütün keçmiş silahdaşlarını, onlarla birlikdə inqilab edən insanların çoxunu məhv etdilər, partiyaları, qəzetləri bağladılar, ruhanilərdən başqa siyasi qüvvə qalmadı ölkədə, halbuki əvvəl böyük ümidlər var idi, çoxu heç inanmazdı, əgər onlara desəydilər ki, "molla” rejimi hətta şahın-müstəbidin rejimindən də qəddar olacaq – yox, onlar, hətta İrandakı proseslər vaxtı guya nisbi "neytrallı"ğını saxlayan SSRİ-nin ideoloji çətiri altında olan, nə bilim, tudəçilər - kommunistlər belə buna inanmazdı.
O dövrdən hətta mənim də yadımda müəyyən epizodlar qalıb. İnqilabdan az sonrakı İranı göstərirdilər: kitab köşklərinin qarşısında nə qədər adam olurdu! Bəli, ilk vaxtlarda bir az azadlıq gəlmişdi bu ölkəyə. Amma sonrası nə oldu? Cəhalət hakim oldu, üzərrik yandıranlar hər şeyi ələ keçirdilər. Sonrası da məlum sizlərə...
Həmin dövrlə bağlı bir detalı da deyim. Onda şahın indi siyasi fəallıq edən oğlu (son proseslər zamanı, bütün iranlı mühacirlər yenə "tarixçilik” edəndə bu adam konkret siyasi tələblərlə çıxış edirdi!) hər şeyi unudub İran-İraq müharibəsində vuruşmaq üçün müraciət etmişdi. "Molla”lar özləri belə edərdimi? Yox, onlar da bəlkə bolşeviklər kimi çalışardılar o dövrdəki hakimiyyəti uduzdurub sonra da devirsinlər...
İrana qarşı növbəti müharibə, sözü üzürlü sayın, daha çox "hap-gop” oldu: daha nələr eşitmədik gopçu Tramp qağadan?..
İndi də doğrusu, sülhə-filana inanmırıq. Uzağı pauza yaranacaq, sonra "molla”lar təzədən başlayacaq öz işlərinə. Yoxsa düşünürsünüz ki, onlar durub saqqallarını qırxıb, şortik geyib Tehran küçələrində karnaval təşkil edəcəklər?
Əvvəldə yazdığım vətənpərvərlik söhbətinə gəldikdə, SEPAH-ın əlinə müharibə sadəcə, fürsət verdi; bəli, etiraz edəni divara söykəyib "vətən xaini” kimi güllələ - müharibə dövrünün qanunlarının məntiqi kimi...
Bir söz də deyim ki, heç kim bu prosesi ciddi - qarantlı bir hadisə kimi görmür: bir də gördün, Livandan və yaxud da Livana bir raket atıldı və hər şey qarışdı biri-birinə.
Hətta indinin özündə İsrail də israr edir ki, bəs Hizbullah məhv edilməyincə onlar dayanmayacaqlar. Elə İranı dəyişib yeni dövlət qurmaq istəyənlər də düşünməməlidirlər ki, hər şey bitdi, yox, onlar da tarixi–rəvayətləri bir tərəfə qoyub təşkilatlanmalı, hətta formal olsa da simvolik hökumət də qurmalıdırlar, yoxsa İran "molla”lardan qurutula biləməyəcək, hətta Sovet kommunistləri bunlara baxanda yola getməlidi.
Hüseynbala Səlimov
Şərhlər