Xəbər lenti

Görünməmiş iş:  Rektor əvəzinin professor titulu ləğv edildi
phrase_var_qaynar. 11:05 30.12.2025

Görünməmiş iş: Rektor əvəzinin professor titulu ləğv edildi

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.

Qaynarinfo-nun Globalinfo.az-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.

Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->