Texnologiya 19:48 17.05.2023

Google qeyri-aktiv hesabları siləcək

ABŞ-ın Google korporasiyası iki və ya daha çox il ərzində aktiv olmayan istifadəçi hesablarını silmək niyyətində olduğunu açıqlayıb. Platforma nümayəndələrinin sözlərinə görə, bu, istifadəçiləri təhlükəsizlik təhdidlərindən qorumağa kömək edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Şirkət 2023-cü ilin dekabrında aktiv olmayan hesabları silməyə başlamağı planlaşdırır. Bundan əvvəl istifadəçilərə qarşıdan gələn silinmə ilə bağlı təkrar bildirişlər göndəriləcək və prosesin özü mərhələlərlə baş verəcək. Yalnız şəxsi hesablar silinəcək, təşkilat profilləri silinməyəcək.

Birincilər arasında istifadəçilər tərəfindən yaradılan və heç vaxt ziyarət edilməmiş hesablar silinəcək. Google müəyyən edib ki, köhnə hesablar çox vaxt iki faktorlu autentifikasiyaya malik deyil və istifadəçilərin digər hesablar üçün də istifadə edə biləcəyi etibarsız parollardan istifadə edirlər. 2020-ci ildə Google artıq aktiv olmayan hesabların məlumatlarını silmək niyyətində olduğunu elan etmişdi, lakin şirkət hesabların özlərinə toxunmamışdı. Hesabı qorumaq üçün Google-a və ya onun xidmətlərindən birinə daxil olmaq lazımdır. 

Nizami Bağırov