ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem vətəndaşlıq və miqrasiya xidmətinə "Green Card" kimi tanınan DV1 (Diversity Immigrant Visa Program) proqramını müvəqqəti dayandırmaq göstərişini verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" ABŞ vətəndaşlıq və miqrasiya xidmətinə istinadən məlumat yayıb.
"USCIS" saytındakı məlumata görə, proqram hər il 50 min miqrasiya vizasının verilməsini nəzərdə tutur.
Nazir buna səbəb kimi Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Manuel Nevesin 2017-ci ildə ölkəyə məhz bu proqram vasitəsilə gəlməsini göstərib.
Xatırladaq ki, dekabrın 14-də ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Şərhlər