Maqazin 14:20 27.12.2022

Günel buna görə "Xəzər TV"yə "yox" deyibmiş

"İllərdir bir fəaliyyətim yoxdursa, niyə mənə boş-boş mükafat verilməlidr ki? İstəmirəm, imkan verin mahnı oxuyum və sonra çıxım. "Didəm", "Adı yok" mahnılarımla partlatmışdım. Onda mükafat vermədilər. İndi gündəmdəyəm deyə, mükafat verilir".

Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova deyib. Sənətçi "Altın kelebek"  mükafatından imtina etməsindən danışıb. 

Günel "Xəzər TV"dən aparıcılıq təklifi alması, amma imtina etməsinə də aydınlıq gətirib. O bildirib ki, buna səbəb kanaldan tələbləri olub:

"Müzakirə ediləcək bir şey deyildi. Orketsr məsələsi oldu. Dedim ki, keyfiyətli iş üçün orkestr Türkiyədən olmalıdır. Qonaqlarım üçün otaq istədim. Dəvət etdiyimə otaq verməliyəm ki, orada dincəlsin, makiyajı olunsun. Buna görə qalıb. Amma olacaq".