Xəbər lenti

Hay-küylü təqdimat, böyük uğursuzluq - Rusiya cəmi bir ədəd “Moskviç” sata bildi
Dünya 23:10 21.08.2025

Hay-küylü təqdimat, böyük uğursuzluq - Rusiya cəmi bir ədəd “Moskviç” sata bildi

Rusiyalıların böyük ümidlər bəslədiyi yeni "Moskviç 8” krossoveri bazarda tamamilə uğursuzluğa düçar olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

Satışa başlanılmasından iki həftə sonra diler mərkəzləri cəmi bir belə avtomobil sata bilib. Müqavilə avqustun ortalarında bağlanılıb.

"Bütün komplektasiyalar var, amma növbə yoxdur”, — agentlik avtosalon nümayəndəsinin sözlərini sitat gətirir.

Bunun mümkün səbəbi yeni avtomobilin qiyməti ola bilər: satış qiyməti 2,98 milyon rubl (təxminən 38 min dollar) səviyyəsindən başlayır.

Bundan əlavə, Rusiyanın ümumi avtomobil bazarında da azalma müşahidə olunur. Bu ilin ilk yarısında ölkədə 530,4 min yeni minik avtomobili satılıb. Yük maşınları və avtobuslar da nəzərə alınarsa, ümumi bazar həcmi 601,8 min maşın olub — bu isə 2024-cü ilin analoji dövrü ilə müqayisədə 28% azdır.

"Moskviç 8” – nə məlumdur?

Yeni "Moskviç” markanın flaqman krossoveri kimi təqdim olunur, amma əslində Çin istehsalı "Sehol X8” modelinin surətidir.

"Moskviç 8”-in ölçüləri 4824×1870×1756 mm-dir. Avtomobil iri radiator barmaqlığı, LED işıq optikası, rəqəmsal cihaz paneli, 360 dərəcəlik kamera sistemi, telefon üçün simsiz enerji doldurma və digər avadanlıqlarla təchiz olunub.

Maşında 174 at gücünə malik GDI benzin mühərriki quraşdırılıb, o, yeddi pilləli robotlaşdırılmış sürət qutusu ilə işləyir.

Uğursuzluq tarixçəsi 

Yeni "Moskviç”lə bağlı çətinliklər satışlara başlamazdan əvvəl yaranmışdı və bazara çıxarılma tarixi dəfələrlə təxirə salınmışdı. Əvvəlcə avtomobilin ötən il satışa çıxacağı gözlənilirdi. 2025-ci ilin fevralında isə satışların qışın sonunda başlanacağı bildirilmişdi, amma bu plan da reallaşmadı.

Rusiyalı ictimaiyyətin narazılığına səbəb olan əsas məqam isə qiymət idi: qeyd olunduğu kimi, qiymət orijinal modelin qiymətindən iki dəfə baha olub. Bundan başqa, avtomobil flaqman statusuna uyğun olmayan avadanlıqlara görə də tənqid olunub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->