Xəbər lenti

Dünya 13:03 02.11.2023

HƏMAS Azərbaycan vətəndaşlarını Qəzzadan buraxmağa razılaşdı - Daha 14 ölkə...

Bu gün, noyabrın 2-də 400 ABŞ vətəndaşı və Azərbaycan, Cənubi Koreya, Belçika və Şri-Lanka da daxil olmaqla 14 ölkənin vətəndaşı Rəfah keçidi ilə Qəzza zolağından Misirə buraxılacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Qəzza sərhəd-keçid məntəqələri və sərhəd idarəsinə istinadən məlumat yayıb.

Noyabrın 1-də Misir ölkəsi ilə Qazza zolağı arasında yalnız sərhəd nöqtəsi olan Rəfah keçidinin açıldığını elan edib. 90 yaralı fələstinli və təxminən 450 əcnəbi və ikili vətəndaşa anklavı tərk etməyə icazə verilib.

Xüsusən də HƏMAS hərəkatı Yaponiya, Avstriya, Çexiya, Finlandiya, Avstraliya, Bolqarıstan, İndoneziya, İordaniya vətəndaşlarına, həmçinin Qırmızı Xaç əməkdaşlarına bölgəni tərk etməyə icazə verib. Dünən Rəfahdan 335 xarici pasportlu və 76 yaralı fələstinlinin keçdiyi bildirilb.  Əcnəbilərin vətəndaşlığı dəqiqləşdirilməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->