Xəbər lenti

Hər an püskürə bilər: Sakit okeanın dibində sirli vulkan
Dünya 13:41 05.10.2025

Hər an püskürə bilər: Sakit okeanın dibində sirli vulkan

Hələ də insanlıq üçün çoxsaylı sirləri gizlədən Sakit Okeanın dibində, səthin minlərlə metr altında həyat əlamətləri göstərən vulkan var. Vulkan Oreqon sahillərindən təxminən 500 km aralıda yerləşir və hər an püskürə biləcəyinə inanan elm adamları tərəfindən izlənilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Econews" məlumat yayıb.

Qeyd olunur ki, son illər tədqiqatçılar vulkanın altında təzyiqin artması və seysmik fəallığın güclənməsi ilə bağlı müşahidələr aparıblar.

"Bu sualtı vulkan təbiətinin sirli olması və alimlərə nadir dərinlikdəki vulkan proseslərini müşahidə etmək imkanı verməsi səbəbindən ən çox öyrənilənlərdən biridir. Onun uzaq mövqeyi səbəbindən püskürmə quru əhalisi üçün demək olar ki, hiss olunmaz, lakin bu hadisə dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər", deyə məlumatda vurğulanır.

Vulkan tektonik plitələrin qovuşduğu, özünəməxsus "təbii laboratoriya” əmələ gətirdiyi okean dibində yerləşir.

"Axial Seamount" daha əvvəl də püskürüb – son böyük püskürmə 2015-ci ildə qeydə alınıb. O vaxtdan bəri yeni püskürmə ehtimalını göstərən əlamətlər müşahidə edilir: seysmik fəallığın artması, hidrotermal mənbələrin davranışında dəyişiklik və dəniz dibinin şişməsi. Bu vulkan müasir sualtı sensor şəbəkəsi vasitəsilə real vaxtda izlənilir.

Alimlərin sözlərinə görə, hətta püskürmə quruya birbaşa təsir göstərməsə belə, yaxınlıqdakı dəniz həyatına, xüsusən də hidrotermal mənbələrin ətrafında formalaşan unikal ekosistemlərə mühüm təsir göstərəcək.

Oreqon Dövlət Universitetinin elmi əməkdaşı Bill Çadvikin sözlərinə görə, "Axial Seamount" adlı sualtı vulkandakı vulkanik fəallıq alimlərə okeanın dərinliklərində baş verən geoloji və bioloji prosesləri ətraflı izləmək imkanı verir və bu, quru əhalisi üçün birbaşa təhlükə yaratmır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->