Xəbər lenti

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü
Siyasət 18:06 26.11.2025

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.

Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->