Xəbər lenti

İƏTPİ Konfransının 20-ci sessiyası başa çatdı, Bakı Bəyannaməsi qəbul edildi
Siyasət 11:45 25.06.2026

İƏTPİ Konfransının 20-ci sessiyası başa çatdı, Bakı Bəyannaməsi qəbul edildi

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.

Qaynarinfo xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.

Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib və bununla da sessiya işini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.
--> -->