Xəbər lenti

İlqar Əliyev bəraət istədi, məhkəmə təmin etmədi
Ölkə 15:09 23.07.2025

İlqar Əliyev bəraət istədi, məhkəmə təmin etmədi

Narkotik ittihamı ilə 4 il azadlıqdan məhrum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyevin apellyasiya şikayətinə baxılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş yenidən araşdırılıb.

Məhkəmə baxışı zamanı İlqar Əliyev ona elan olunmuş ittihamla razılaşmadığını deyib, bəraət verilməsini istəyib. Proses müddətində bəzi epizodlar üzrə ekspertiza da keçirilib.

Lakin yekun qərarla birinci instansiya məhkəməsinin hökmü qanuna uyğun hesab edilib, apellyasiya şikayəti  təmin edilməyib.

Qeyd edək ki, İlqar Əliyev əvvəllər "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də "İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->