Xəbər lenti

Ekonomiks 17:48 23.07.2025

"Naxçıvan Petrol"un rəhbəri dəyişdi

Naxçıvanda yanacaq sənayesinin lideri olan "NP Petrol” MMC-nin qanuni təmsilçisi dəyişib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, muxtar respublikada yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətin qanuni təmsilçisi vəzifəsinə İmamquliyev Adəm Zellabdın oğlu gətirilib. O, bu vəzifədə Aziz Hasan Surkiti əvəzləyib.

Qeyd edək ki, "NP Petrol” MMC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 000 manat olan şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşir. "NP Petrol” MMC-nin adı əvvəllər "N.P.-2” MMC olub və "Nəxşicahan Holdinq LTD” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərib. NP yanacaqdoldurma məntəqələri 2023-cü ilin aprel ayında "Sürkit Grup”un idarəçiliyinə verilib. Şirkət muxtar respublikada 9 yanacaqdoldurma məntəqəsinə sahibdir və bu sektorda liderlik edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->